Disneylend öz ən məşhur yeməklərinin bişirmə sirlərini açıqladı. Yeyək və cizgi filmlərini seyr edək.
Fərqli ölkələrdəki çox saylı əyləncə parkları indi bağlandı, ancaq Disneyland öz evlərində oturan pərəstişkarlarını təəccübləndirməyə davam edir. Şirkət paradlarının virtual baxışlarını təşkil edir və indi klassik yemək reseptlərini paylaşdı.
Dole Whip ananas deserti
Bu təravətləndirici ananas deserti ilk dəfə Florida ştatının Orlando şəhərindəki Walt Disney World Parkında, sehrli Aloha adasında təqdim edildi. Bu desert çox uşaqların sevdiyi «Lilo və Stiç» cizgi filminin personajları tərəfindən böyük iştahla yeyilirdi.
Bu deserti hazırlamaq üçün dondurucu və yalnız 2 ərzaqa ehtiyacınız var – vanilli dondurma (plombir olsa daha yaxşıdır) və bir banka konservləşdirilmiş ananaslar (doğranmış ananas olsa daha yaxşıdır).
Ananas bankasını 1 saatlıq dondurucuya qoyun. Sonra bankanı açıb ələyə tökün. Blenderde 100 q (2 top) dondurmanı 150 ml ananas suyu və 300 q anansla qarışdırın. Məhsulu hamar olana qədər blenderdə qarışdırın və beləliklə 2 porsiya əldə edəcəksiniz.
Toy Story Land-dən 3 porisya pendir ilə qızarılmış sendviçlər
Reseptimizi həqiqətlərimizə uyğunlaşdırdıq və üç pendirdən birini Provolone-ni – Holland pendiri ilə əvəz etdik. 4 dənə ikili sendviç hazırlamaq üçün sizə lazım olacaq:
- 110 q qaymaqlı pendir, məsələn mascarpone
- 100 q kiçik sürtkəcdən keçirilmiş çeddar
- 2 xörək qaşığı qarışdırılma üçün qaymaq
- 150 q mayonez
- 2 orta diş sarımsaq
- 8 dilim tost çörəyi
- 8 dilim çeddar pendiri
- 8 dilim holland və ya bənzər pendir
- Bitki yağı və 10 q kərə yağı
- Bir çimdik dəniz duzu
- Blender kasasında qaymaqlı pendir, çeddar və qaymağı hamar olana qədər qarışdırın. Duzlayın
- Kasada pressdən keçmiş sarımsaq və mayonezi çəngəllə hamarlaşana qədər qarışdırın. Duzlayın
- Böyük doğrama taxtasına çörəyi qoyun. 4 dilim çörəyin üstünə 2 dilim çeddar əlavə edin, qalan çörəyə holland pendiri əlavə edin. Çeddarı qaymaqlı qarışıqla, holland pendirini isə sarımsaqlı qarışıqla sürtün. İki hissəni bir biri ilə birləşdirib möhkəm sıxın, amma elə edin ki sürtdüyünüz qarışıqlar qıraqlardan çıxmasın. Tavada bir az bitki yağı qızdırın, bir az kərə yağı əlavə edin. Sendviçləri hər iki tərəfdən taxta və ya plastik qaşığla sıxaraq qızdırılmış tavada qızarın. Pendir əriməli, çörək isə qızarmalıdır. İsti şəkildə yaşıl kahı ilə servis etmək olar.
İspan çurrosu Churro Bites
4 nəfərlik çurros hazırlamaq üçün lazımdır:
- 200 ml içməli su
- 110 q kərə yağı
- 0,5 çay qaşığı dəniz duzu
- Bir çimdik darçın həm də servis üçün
- 300 q un ə/n
- 3 yumurta
- 300 ml bitki yağı
- Servis üçün şəkər tozu
- Qalın dibi olan bir qazanda suyu, kiçik kub şəklində doğranmış kərə yağını, su və darçını qarışdırın. Orta temperaturda qayanayana qədər gözləyin.
- Temperaturu minimuma qədər azaldın və enerjili şəkildə qazanın dibini qarışdırmaqla un əlavə edin. Qabın kənarlarından və dibindən rahat qopan hamar xəmir alınmalıdır. Qabı plitədən götürün və 5-7 dəqiqəlik kənara qoyun.
- İsti xəmirə qarışdıraraq hər dəfə hamar olana qədər, bir-bir yumurtaları əlavə edin.
- Qalın bir dibi olan uyğun bir qabda, yağı 350 C˚ qədər qızdırın. Xəmiri ulduz uclu qənnad paketinə (yaxud sadəcə paketə qoyub ucunu kəsin) qoyun və xəmiri 2 sm qalınlığında və 6-8 sm uzunluğunda isti yağa əlavə edin. Hazır çurroslar qızıl rəngə çevrilməlidir və içəridən çiy olmamalıdır.
- Onları kağız dəsmallara qoyun. Bir qabda şəkəri darçın ilə qarışdırın və bu qarışıqda çurrosları yuvarlayın. Disneylaenddə, çurros şokolad sousu ilə verilir, ancaq onsuz da edə bilərsiniz.
Mənbə: gastronom.ru