IKEA xüsusi küftə reseptinin sirrlərin açıqladı

Küftələr, İsveç şirkətinin ən məşhur yeməklərindən biridir. Bir çox alıcı Ikeaya yalnız onlar üçün gəlir.

IKEA, pərəstişkarlarının təcrid vaxtını rəngarəng etmək üçün, xüsusi İsveç küftəsinin sirrini açıqladı. Yeri gəlmişkən belə insanlar az deyil: 2017-ci ildə IKEA ziyarətçilərinin üçdə birinin mağazaya yalnız küftə üçün gəldikləri bildirildi. Onda marketinq direktoru Qerd Divald ət toplarını «divanların ən yaxşı satıcısı» adlandırdı.

“Təcriddə qalmaq çətin ola bilər, amma hər bir insanın həyatını daha asan və daha xoş keçirməsinə kömək etmək istəyirik. İsveçdə dediyimiz kimi smaklig måltid və ya nuş olsun” –  IKEA qida meneceri Lorena Lurido söylədi.

Bu isə məşhur küftələri hazırlamağın ətraflı təlimatı:

Küftə üçün sizə lazım olacaq: 500 q mal əti və 250 q donuz əti, 1 baş soğan (xırda doğranmış), 1 diş sarımsaq (doğranmış və ya əzilmiş), 100q quru çörək (suxari), 1 yumurta, 5 x.q. süd, duz və istiot.

Qaymaqlı sousu hazırlamaq üçün unutmayın: 1 damcı bitki və ya zeytun yağı, 40 q kərə yağı, 40 q buğda unu, 150 ml tərəvəz bulyonu, 150 ml yağlı qaymaq (30%-50%), 2 ç.q. soya sousu və 1 ç.q. dicon xardalı.

Hazırlanma qaydası:

  • Mal və donuz ətini qarışdırın. Soğan, sarımsaq, quru çörək(suxari) və yumurta əlavə edib qarışdırın. Sonra süd, duz və istiot əlavə edin.
  • Alınan məhsuldan kiçik toplar hazırlayın. Hazır olandan sonra onları boşqaba qoyun və üstün örtün, 2 saatlıq soyuducuya qoyun – bu hazırlanma zamanı görünüşlərini qorumağına kömək edəcək.
  • Tavaya bir az yağ əlavə edib orta temperaturda qızdırmağa başlayın. Tava qızan kimi küftələri ora qoyun və hər tərəfdən eyni dərəcədə qızarın.
  • Sonra küftələri soba qabına qoyub adi rejimdə 180 dərəcəyə və yaxud konveksion rejimdə 160 dərəcəyə qoyun. Sobada 30 dəqiqə bişirin.

Qaymaqlı sousu hazırlamaq üçün tavada 40 q kərə yağını əridin ora buğda ununu əlavə edib 2 dəqiqə qarışdırın. Alınan məhsula 150 ml tərəvəz bulyonunu və 150 ml mal əti bulyonu əlavə edib qarışdırmağa davam edin. Daha sonra 150 ml qaymaq, 2 ç.q. soya sousu və 1 ç.q. dicon xardalı əlavə edin. Qaynamağını daha sonra isə sousun qatılaşmağını gözləyin.

Sonra alınan sousu küftələrin üzərinə əlavə edin və masaya qoyun. Nuş olsun!

Mənbə: esquire.ru