Hörmətli Tahir bəy, 2019-cu il sizin və mənim üçün illərlə qarşılıqlı anlaşılmamazlıqların məntiqi sonu olan bir məhkəmə işi ilə nəticələndi. Mən işin bu yerə gəlib çatmasını istəmirdim, amma məni məhkəməyə vermə qərarınıza hörmətlə yanaşdım. Məhkəmə başa çatdı, mənim üçün yalnız acı bir xatirə qaldı, əminəm ki, sizin üçün də.
Kulinariya Mərkəzinin fəaliyyəti tənqid etdikdə keçirdiyiniz xoşagəlməz hissləri başa düşürəm. Ancaq başa düşməlisiniz ki, mən kulinariyaya münasibəti olan son insan deyiləm, fəal vətəndaş mövqeyinə malikəm və məhs yaxşıların daha da yaxşı olması üçün tənqid edirəm. Axı, siz, böyük təcrübəyə sahib bir insan olaraq, bilirsiniz ki, konstruktiv tənqid olmadan ən yaxşıları belə bəzən zəifləməyə başlayır. Gizlətməyəcəyəm, bir çox ittihamlarınıza, o cümlədən demək olar ki, Vətənə xəyanət etdiyimə görə günahlandırıldığıma görə təəccübləndim, amma bütün bunları unutmaq istəyirəm və bu ili Sizinlə münasibətlərimizin bərpa edilməsi ili elan etməyinizi təklif edirəm.
Əvvəlcə təşəbbüs qrupu yaradan, daha sonra tamhüquqlu Assosiasiyaya çevrilən həmkarlarım və dostlarımın, kulinariya cəmiyyətində eləcə də adi cəmiyyətdə layiqli yer tutduğunu inkar edə bilməzsiniz. Bütün rabitə kanallarında yayımlanan tədbirlər keçiririk və bildiyimə görə, hətta Siz də tədbirlərimizin yüksək səviyyədə təşkilini qeyd etmisiniz.
Mən indi çoxlarının adından danışaraq, Sizdən kömək istəyirəm və Sizə öz köməyimizi təklif edirəm. Biz aramızda olan bütün mübahisələri, qalan bütün inciklikləri, dediyimiz bütün sözləri unutmalı və yenidən başlamalıyıq. Axı, həm Siz həm də biz, ortaq işlərimizə və ölkəmizə kömək ola biləcək, əvəzsiz təcrübə və imkanlara malikik. Biz bütün gücümüzü birləşdirməli və Azərbaycanın kulinariya dünyasında layiqli yer tutmasına kömək etməliyik, ortaq düşmənlərimizə göstərməliyik ki, azərbaycanlılar həmişə yaxşı bir məqsəd və Vətən uğrunda birdilər.
Yenə imtina etməyin, ölkəmizin kulinariya tarixində qalacaq bir addım atın! İnanın, bizə tərəf addım atmağınıza hazırıq və bundan xoşbəxt olacağıq!
Mən, əminəm ki, siz də, məhkəmənin qərarında göstərilən üzr və cərimələrə ehtiyyac duymursuz, hamımıza yalnız Azərbaycanın uğuru lazımdır!
Gəlin birlikdə ortaq məqsədimizə çatmaq üçün məqsədsiz şəkildə məhkəmə işlərinə, kütləvi informasiya vasitələrində qarşılıqlı ittihamlara və pərdəarxası açıqlamalara xərclənən bütün qüvvələri birləşdirək.
Optimistik ümid ilə Sizin müsbət reaksiyanızı gözləyirik.
Hörmətlə, Fərhad Aşurbəyli