Pəncərə rəfində yeməli göyərtini necə yetişdirmək olar

Evdə olduğunuz karantin müddətini xoş işlərə sərf etmək olar, məsələn, göyərti böyütməyə. Təravətli və əlvan otlar təkcə pəncərə rəflərini deyil eləcə də, qablarınızı bəzəyəcək.

Vitaminli tumurcuqlar

İnkişafın ilkin mərhələlərində tumurcuqlar ən çox vitamin və digər mikronutrientləri ehtiva edir. Tədqiqatlar göstərir ki, onların mikrogöyərtidəki tərkibi eyni göyərtinin tam formalaşmış bitkisindən daha çox (5 dəfəyə qədər) ola bilər. Tumurcuqları isti və işıqlı bir yerdə kağız salfetdə, dəsmalda və ya cunada (marlya) böyütmək olar. Toxum cücərənə qədər bir gündən bir içməli su ilə yuyulmalıdırlar. Pöhrələr 2-3 sm-ə çatdıqdan sonra onları yuyun və yeməyə istifadə edin.

  • Turp
  • Bitkilər: buğda, yulaf, çovdar
  • Yaşıl qarabaşaq
  • Küncüt
  • Noxud
  • Gönəbaxan və balqabaq tumu

Mikrogöyərti

Mikrogöyərti və ya mikroqrin son illərin tendensiyasıdır. Bu uzunluğu 5-6 sm-ə çatan tumurcuqlardır. Hətta naşı olanlar da onu böyütməyi bacararlar, ilin istənilən vaxtında faydalı və mövcuddur. Əlavə edə bilərik ki – onu istənilən gözəl dibcəkdə torpaq olmadan əkə bilərsiniz. Eləcə də, onu mətbəx dəsmallarında, pambıq disklərdə və ya gözəl stakanlar ya da şəffaf vazalarda böyüdə bilərsiniz. Mikrogöyərti ilə sizin hər zaman təmiz və səliqəli pəncərə rəfləriniz olacaq. Mikrogöyərtini hər hansısa dənli bitkilərdən, tərəvəz və ya paxla toxumlarından yetişdirmək olar.

Sürətli nəticə üçün ətirli göyərti

Bütün növ göyərtiləri qarışıq torpaqda əkmək olar, bunun üçün nəm torpağın səthinə toxumları yerləşdirib üstünə 1 mm torpaq səpin və ya kağız dəsmal ya da salfetlərdən istifadə edin.

  • Kress-salat
  • Şüyüd
  • Cəfəri, keşniş
  • Kahı
  • Ağ xardal
  • Pekin kələmi
  • Rukkola
  • İspanaq
  • Manqold

Ətirli otlar

Dibçəklərdə əkilmiş yetkin kollar pəncərə rəfindəki adi otaq bitkilərinə bənzəyir. Bu qrup bitkiləri pəncərə rəfində bir və daha artıq il yetişdirmək olar, heç bir əlavə diqqətə ehiyyacları olmur, lakin işıqlı bir yerdə olmaları vacibdir. Hazır dibçəkdə olan bitkiləri mağazadan ala və yaxud kimdənsə toxumunu paylaşmağı xahiş edə bilərsiz.

  • Rozmarin
  • Reyhan
  • Bibər
  • İssop
  • Kəklikotu

Köklü bitkilər və soğançalar

Bir çox köklü bitkilərdən, çox yeməyə uyğun olan, sulu və ətirli kövşən yetişdirmək olar. Bunun üçün bazardan və ya mağazadan ən çox sevdiyiniz köklü bitkini almalısınız – kök, çuğundur, kərəviz kökü, cır kök (pasternak). Çox uzun kök bitkilərinin altın kəsmək lazımdır, daha sonra torpaq onları tam örtmədən dibçəyə və ya yeşiyə əkmək lazımdır. Eyni zamanda bir neçə köklü bitki əkmək istəsəniz onları sıra ilə 6-8 sm ara ilə əkin. Torpaq qarışığının tərkibi önəmli deyil, çünki göyərtinin böyüməsi bitkinin öz ehtiyyatları hesabına baş verir.

  • Soğan
  • Sarımsaq
  • Çuğundur
  • Kərəviz
  • Köklü Cəfəri
  • Kök