Ziyarət etməyi vacib olan ən yüksək dağlıq şəhərləri

Bütün qafqazlılar dağları sevir və bu mənada mən də istisna deyiləm. Əsrarəngiz, təhlükəli, əbədi görünən dağlar səyahətçiləri özlərinə cəlb edir, onlar haqqında mif və əfsanələr bəstələnir. Dağlar insanın yaşaya biləcəyi ən qonaqpərvər yer deyil, amma bu, dağlarda yüksək şəhərlər və məbədlər quran bir çox xalqların qarşısın ala bilmədi.

Bu gün sizə ən yüksək dağlıq yaşayış məntəqələri barədə danışacağam.

Hava baxımından mütləq lider — La Rinkonada, Peru

5100 metr yüksəklikdə yerləşən müvəqqəti mədən, demək olar ki, 50.000 nəfərin daimi yaşayış yerinə çevrilmişdir. Baxmayaraq ki illərdir qəsəbədə yollar, su təchizatı və kanalizasiya sistemləri hələ də yoxdur,  bu, yeni sakinlərin buraya gəlməsinə mane olmur. Fakt budur ki, burada, əksər ərazilərdə, ətraf dağlarda mədənlərdə işləyən qızıl mədənçiləri yaşayır.

El Alto, Boliviya

İspan dilində bu şəhərin adı «hündürlük» deməkdir və əhalisi daim artmaqda olan dünyanın ən yüksək meqapolisidir. İndi bir milyondan çox insan El Alto-da yaşayır. Bir vaxt şəhər Boliviyanın paytaxtı La Pasın bir rayonu idi, lakin sonra müstəqil bir qəsəbə statusunu aldı.

Məhs burada Boliviyanın əsas beynəlxalq hava limanı (eyni adlı El Alto) uçuş-enmə zolaqları dəniz səviyyəsindən 4061 metr yüksəklikdə yerləşən dünyanın ən yüksək hündürlükdəki hava limanlarından biridir.

La-Pas, Boliviya

Boliviyanın paytaxtı Sukre olsa da, faktlara görə bu funksiyaları La Pas yerinə yetirir, çünki bu şəhərdə əsas hökumət binaları və idarələr yerləşir. Bu da öz növbəsində La Pası dünyanın ən yüksək dağlıq paytaxtı adlandırmağa imkan verir.

Tibet dilindən tərcümə olunan «lhasa» sözü «tanrıların yeri» deməkdir. Şəhər 3650 metr yüksəklikdə beş min metr Himalay dağları ilə əhatə olunmuş kiçik bir vadidə yerləşir.

Lhasa,Tibet

Lhasa — müstəqil bir Tibet dövlətinin keçmiş paytaxtıdır, qabaq Dalay Lamanın iqamətgahı burada yerləşirdi, sonradan Hindistan ərazisinə verildi. Şəhər YUNESCO-nun himayəsindədir, çünki burada çox sayda abidələr cəmləşib: qədim Potala Sarayı, Cokanq Məbədi, Norbulinqka saray kompleksi və s.

2006-cı ildə bölgədə yeni bir dəmiryol xətti açıldı və Lhasa ən böyük stansiyasına çevrildi. Qatarlar buradan Pekin, Quancou və digər Çin şəhərlərinə gedir. Hündürlüklərdəki fərq nəzərə çarpan qədərdir, buna görə vaqonlarda oksigen maskaları verilir.

Namçe Bazar, Nepal

Namçe Bazar kəndi cəmi 3400 metr yüksəklikdə yerləşir və alpinistlər arasında yaxşı tanınıb, çünki Everest dağına dırmaşmaq niyyətində olanlar üçün bu məşhur start yerlərindən biridir.

Burada çox sayda otel, kafe, mağazalar var. Ancaq turizm çox gəlirli bir fəaliyyət sahəsi olsa da, bütün yerli sakinlər bundan məmnun deyillər, bir çoxları Namçe Bazarın turistik Məkkəyə çevrilməsinə etiraz edirlər. Bununla belə, kənddə hətta bahalı ekskursiyalar təklif edən və dağlarda ilişən alpinistləri xilas etmək üçün istifadə olunan bir dikuçar (helikopter) bazası da var.

Namçe Bazar, 3800 metr yüksəklikdə yerləşən “Everest Vyu” Oteli ilə də məşhurdur. Buradakı mənzərəli otaqlar üçün əlavə oksigen təchizatı da daxil olmaqla lüks bir tətil və varlı turistlər üçün hər şey verilir.

Potosi, Boliviya

Artıq başa düşdüyünüz kimi Boliviyada yüksəkdə hündürlüyünə görə rekord şəhərlərin sayı çoxdur. Onlardan biri Potosi adlanır və dəniz səviyyəsindən 4090 metr yüksəklikdə yerləşir. Dörd əsr ərzində Potosi demək olar ki, Amerikanın ən böyük və ən zəngin şəhəri idi, indi burada 200 min nəfərdən az insan yaşayır.

Ledvill,Kolorado

Arkanzas çayının başındakı qayalıqda, 3094 metr yüksəklikdə yerləşən işçi mədən şəhəri, ABŞ-ın ən yüksək korporativ şəhəridir, bununla yanaşı, dünyanın ən yüksək dağlıq şəhərlərindən biridir. Bir zamanlar yaxınlıqdakı gümüş mədənləri ilə çiçəklənən Ledvill, eyni zamanda Koloradonun Denverdən sonra ikinci böyük şəhəridir. Gümüş hasiletmə dövrünün keçmişdə olmasına baxmayaraq, Ledvildə 3 minə yaxın daimi sakin yaşayır.

Murqab, Tacikistan

Tacikistanın Dağ-Bədəxşan Muxtar Vilayətindəki bu kənd, postsovet məkanınn ən yüksək yaşayış məntəqəsidir. Murqab Pamirdə, 3600 metrdən çox yüksəklikdə yerləşir. Buradakı hava dəyişkəndir: buzlu külək və qışda -50 ° C-ə qədər şaxta, yayda isə istilik var.

Kənddə, təcrid olunmasına baxmayaraq, bir neçə min insan daimi yaşayır — təxminən eyni sayda taciklər və qırğızlar (Qırğızıstanla sərhəd buradan uzaq deyil). Öz aralarında rus dilində ünsiyyət qururlar.

Murqabda məktəb,  bazar, hamam, turizm mərkəzləri və qonaq evləri var. Aşağı mərtəbəli binalar — özəl sektor, iki, nadir hallarda üç mərtəbəli binalar. Buraya ictimai nəqliyyatla gəlmək mümkün deyil — yalnız Düşənbə və ya Xoroqdan yola çıxan avtomobillərlə. Qışda kənd demək olar ki, xarici aləmdən əlaqəsin kəsir və burada asanlıqla bir neçə həftə dayanmaq olar.

Sonda 2200 metr yüksəklikdə çəkilən foto, arxamdakı Qrız kəndidir.

Foto: Anadolu Agency / Contributor / Getty Images, John Coletti / Getty Images, Cultura Exclusive/Ben Pipe Photography / Getty Images, Matteo Colombo / Getty Images, obliot / Getty Images, Martin Moos / Getty Images, Sarvan Gadirov